ƏLİ KƏRİMLİ SƏRBƏST BURAXILIB - Yenilənib 

Milli Şuranın bu gün keçirdiyi razılaşdırılmamış mitinqdə saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. O, azad olunduqdan dərhal sonra internet televiziyalarından birinin canlı yayımına qatılıb, saxlanıldıqdan sonra döyüldüyünü, başına 6 tikiş qoyulduğunu açıqlayıb. 

***

Polis Milli Şuranın bu gün saat 15:00-a 28 May metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib. Son məlumatlara görə, mitinqdə iştirak etmək üçün evindən çıxan AXCP sədri Əli Kərimli elə yaşadığı binanın qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Onunla birlikdə olanların da saxlanıldıqları bildirilir. 

Bundan əvvəl Əli Kərimli "Facebook"da yazmışdı ki, yaşadığı evin qarşısında 20-dən artıq mülki geyimli əməliyyatçı onun aşağı düşməsini gözləyir.

Mitinqin təyin olunduğu ərazidə internet kəsilib.

[caption id="attachment_561815" align="aligncenter" width="640"]

Polis Əli Kərimlini saxlayarkən[/caption]

 

 

Müxalifətin Milli Şura qanadının 28 May metrostansiyasının qarşısına elan etdiyi mitinqlə əlaqədar olaraq, bu gün səhər saatlarından başlayaraq, polis Bakının mərkəzini, xüsusən də 28 May metrostansiyasının ətrafını ciddi nəzarət altına alıb.

"AzPolitika"nın məlumatına görə, bu dəqiqələrdə polis 28 May metrostansiyasına doğru aparan küçələri bağlayır, həmçinin metronun iş qrafikində də dəyişiklik edilib. Belə ki, 13:00-dan 16:00-a dək qatarlar 28 May metrostansiyasında saxlamayacaqlar.

O da bildirilir ki, polis müxalifətçilərin ətrafda yerləşən iaşə obyektlərində yığışaraq elan olunan saatda aksiyaya cəhd edəcəkləri ehtimalını da nəzərə alaraq, yaxınlıqdakı kafe, restoran, çay evi və ticarət mərkəzlərini də nəzarət altına götürüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verərək, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə verib. Lakin Milli Şura bununla razılaşmayaraq, Bakının mərkəzinə aksiya elan edib.

Bakı Şəhər Baş Polis İdarəsi razılaşdırılmamış aksiyaya imkan verməyəcəyini bəyan edib.

635x100

Şərhlər

veten dashi 2019-10-19 23:28:15

Polisin davranish kodeksi budursa,əhsən .... Kimə xidmət edirsiz bəlli oldu.Sizlər üsyan istəyirsiz ki Qarabağ məsələsini tarixə köməsiz.... Cəmiyyət yalancı islahatlar yox köklü dəyişiklər istəyir.İllərlə kürsü tutub simasıslaşmış naftalin qoxusu verənlərdən xilas olmaq istəyir.Başqa yolu yox artıq...

dadaşyev 2019-10-19 23:28:15

İki yüz il əvvəllərə qədər taun,xolera,tif kimi dəhşətli epidemiyalar qarşısında bəşəriyyət aciz idi,bu epidemiyalar tufan kimi gəlib milyonlarla insanı məhv edirdi.Amma həkimlər,alimlər o epidemiyaların qarşısını almaq üçün xəstələri yox,o epidemiyaları törədən mikrobları aşkarlayıb məhv etdilər,nəticədə insanlar qurtuldular.Hər bir cəmiyyətin də ən böyük epidemiyası ədalətsizlikdir,cəmiyyət bu epidemiyaya tutulanda cəmiyyətə qarşı yox,o epidemiyanı törədənlərə qarşı mübarizə aparmalıdır siyasətçilər.

Oqtay 2019-10-19 23:28:15

Əli Kərimlinin belə güclü olduğunu bilmirdim. 8-10 polis aparırdı onu 8-10 aparanlareıən ətrafında idi.

t.ədalət- ə 2019-10-19 23:28:15

Hormetli t.ədalət, movcud realliqi siz duzgun sherh edirsiniz ! Mitinqde BIR vetendashin(qadin ve yaxud kishi)uzerine 10 nefer polislerin HUCUM etmesi ve onu YERLE SURUKLEYEREK, HEBS etmeleri, KOBUD fiziki GUC TETBIQ etmeleri, hech.... amma, bu DEHSHETLI MENZERE Baki kuchelerinde bash verir...

S.Ənvərqızı 2019-10-19 23:28:15

Ölkəmizdə sosial narazılıqları yaradanlar,qəlbən dövlətimizi sevməyən məmurlardır ?Uzun müddət ailəmə qarşı olan haqsızlıqlarla əlaqədar PA,NK,MM və NRYTN saysız hesabsız müraciətlər etməyimə baxmayaraq, baxılması üçün NRYTN göndərilir, nəzarət sistemi olmadığından nazir müavini Əli Abdullayev tərəfindən qanunsuz cavab verməkdən kəçinmir? Respublika DƏMX -i tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilmiş,ancaq Ə.Abdullayev qərəzli möv.əl kəç

vilayət ayvazovskiyə 2019-10-19 23:28:15

Xalqı döyməklə heç nəyə nail olmayacaqsınız, o daha da qəzəblənəcək.

Geber 2019-10-19 23:28:15

Heş kəs inciməsin , mitinqin kontekstinə dəqiq ştrixlərlə cizği çəkmək üşün lüğəti sözlərin məna daşimasi mümkünsüzdür . Neçəki ən istedadli şair sözvərz futbol haqqinda şeer yazmaq istəsə beyni naməlüm bir didaktik nəzəriyyə ilə tormozlanar izahini da bilməz. Səhnəyə hesab eirəm ki , hökümətin özü də şəhr verməkdə acizdir , şəhri bilsəydilər hər dəfə rusca * povestka dnya i prilojeniya *** yenidən daha ifrat versiyalara təzələnməyə sürətlənməz idi. Əfsuslar olsun ki , bu tip yenilənmələrdən başi çixan da prosessləri idarə edənlərdə Qərbin intellektual kapitali ilə tənzimlənən antioksedant* tipli səssiz müdaxiləllərlə sisial partlatyicilaridir. Qərb sosial partlayicilari necə ki vindovsda hər dilli millət üçün pulsuz yükləmə imkani yaraibir , eyni ilə hər millətin arasinda cəmiyyətin bir toplumunun diğəri ilə əlləxsus müsəlman sosiumlarina antoqonist beyin proqramlarini istənilən vaxt milyonlarin beyninə qiraqdan :_ kimliyinən asili olmayaraq lap düyməni basmasan da , dağidici beyin viruslarini yükləmək bacariqi fantastikir. Bu viruslara arxaik misal evə lap halal süd və yaxud eşşək südü içmiş ğirsin , xeyri yoxdur bir aya mitinqlər və küşə söyüşləri hazirir . Bu futbiola qoşuqum primitiv misaldir , cəmiyyət ğəlinləri bam başqadir bu ğəlinlərin hazirlanmasina Qərb 500 miyarddan artiq pul xərcləyib onu 100 qt=ram araq içib fantaziya ilə şəhr etmək naşiliqir. Hesab edirəm , ki hökümət belə bir proqrammi 100 mln dollara da olsa qərbin ğizlin laboratoriyalarindan məxfi yollarla ala bilsə qurtuluş vardir. Misal 2005 -ci ilə qədər hər bir varli azəri həm prorab həm mühənis həm ə arxitektorluqu heç kəsə tapşirmaz idi . İndi isə bu məcburidir. İnsan beyninin .çinqil sement armatur bənna ustasi mənəm deyənlərə 1987-2019 -cu illər bəs eləməlidir , ki artiq bilsin :_ mən vətəndaşimin beyin drayerlərinə ğiriş kodum və loqinim yoxdur və əsəbimdən ğül kimi qulluq etmiş planşetə qulaq asmadim onu dubunka ilə qirdib , mürəkkəb intel elektron platani** alti tikişlə təmir etmək istəyirəm .

Memmedhesen 2019-10-19 23:28:15

Cox nahaq buraxdilar

Ekspert1 2019-10-19 23:28:15

Xalqa qarşı belə ... hərəkət heç vaxt unudulmayacaq.Həbsin də qaydaları var.İnanın, baxım adam xəcalət çəkir.Bütün dünya bizə baxıb gülür.Elə bil Azərbaycanda hakimiyyətdə və polis sistemində işləyənlərin xalqa heç bir aidiyyatı yoxdur.Nəticəsi artıq aydındır.Azərbaycan tezliklə folfost respublika, Qarabağ da "Çorniy sad" olacaq. Çooox heyf...

sespel 2019-10-19 23:28:15

Aynura-sənin dediyin adamı --------

miri 2019-10-19 23:28:15

Bu olaylar bizi .... hamının gözü görüb, əqli dərk etdiyini unutmasın.

Əli 2019-10-19 23:28:15

Bizim polislərin boy buxununu qolunun gücünü hərəkətlərini TV də görən Qarabağ erməniləri əminəm ki bu gecə Qarabağdan qorxub qaçacaqlar və sabahdan oralar boş qalacaq tez gedib oraları tutmaq lazımdır

Azer 2019-10-19 23:28:15

Çox düzgün buyurdunuz t.ədalət

Vilayet Eyvazov-a 2019-10-19 23:28:15

... XALQ, hokumet ve Dovlet sozlerinin MENASINI BILIRSENMI ???... 5(besh min) polisler CHIXIB Bakinin kuchelerine ve HEBS edirler DINC VETENDASHLARI, sebeb : EHALININ SOSIAL PROBLEMLERININ HELLINE MANECHILIK EDEN KORRUPSIONER, RUSHVETXOR memurlara QARSHI ETIRAZ ETDIKLERINE GORE.

Aynur 2019-10-19 23:28:15

belelikle Eli Kerimliden yeni qehreman obrazi yaratdilar. Halbuki onun xalq uzerinde hec bir tesiri nufuzu yoxdur. İndi ise ona qrant ayiranlarin gozunde axcp sedrini boyutduler

dadaşyev 2019-10-19 23:28:15

Bu nə müdhiş qorxu,təlaşdır belə?Millətin güzəranı gözəldirsə,demək,nə qədər mitinq keçirirlər keçirsinlər heç kim onlara fikir verməyəcək.Yox əgər güzəran pisdirsə bu cür təlaşdansa bir ovuc adamın dəhşətli dərəcədə varlanmasının,xalqın malını söküb dağıdaraq xalqa dilənçi payı çatmasının qarşısı vaxtında alınmalıdır.Problemlər varsa onu cəza tədbirləriylə yox,problemləri aradan qaldırmaqla həll etmək olar.Əgər bir quyuda heçnə yoxdur deyərək heç kəs o quyuya yaxın buraxılmazsa hamı ora baxmaq istəyəcək.

t.ədalət 2019-10-19 23:28:15

Polisi gücləndirdikcə adamlar daha çox hiddətlənir və küçələrə axışır.Ən yaxşısı adamları narazı salan problemləri aradan qaldırmalı,anası,arvadı və nənəsi erməni olanları vəzifələrdən kənarlaşdırmaq lazımdır.Milli ayrı-seçkiliyə,yəni, türkçülüyə görə təhdid edilməsinə son verilməlidir. Ruysiya sevdalılarının qarşısına sədd çəkilməli,rus dilinin təbliği dayandırılmalıdır.Vətəndaşlar işə götürülərkən rus dilini bilməsi tələbinə son qoyulmalıdır!Talançı məmurlar həbs olunmalıdır!

Son yazılar