Belarus Rusiya ilə inteqrasiyadan imtina edə bilər – XİN başçısı

Dərc olunub: 19/10/2019 - 12:45

Belarussian Foreign Minister Vladimir Makei attends a news conference with his Iranian counterpart Mohammad Javad Zarif in Minsk«AzPolitika.info»-nun Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Vladimir Makey bəyan edib ki, Belarus cəmiyyəti istədiyi halda Rusiya ilə ittifaqın məqsədəuyğunluğu məsələsini qaldıra bilər.

«Əgər cəmiyyət bu və digər sazişi məqsədəuyğun hesab etməsə, o zaman bu məsələni ölkə rəhbərliyi qarşısında qaldıra bilər» – deyə, nazir «Belarus və Rusiya dövlətlərinin İttifaqda birləşməsi ümumiyyətlə, lazımdırmı?» – sualını cavablandırarkən bildirib.

Nazir daha sonra deyib: «Bizim dövlətimizin rəhbərliyi istənilən dövlətdə olduğu kimi, ictimai rəyi nəzərə alır və uyğun qərar qəbul edir. Əgər gerçəkdən də insanların əksəriyyəti bunu məqsədəuyğun hesab etməsə, belə məsələ qaldırıla və hakimiyyətin qarşısına qoyula bilər».

Bununla bərabər o, qeyd edib ki, uyğun qanunvericilik məqamları mövcuddur və onlar uyğun petisiyaların hazırlanmasına, müzakirəyə və referenduma çıxarılmasına imkan verir.

Eyni zamanda, Vladimir Makey qeyd edib ki, hətta müstəqil şirkətlər tərəfindən aparılan bütün sorğular göstərir ki, vətəndaşların böyük hissəsi istəyir ki, Belarusun Rusiya ilə sıx münasibətləri olsun. «Bizim Rusiya və Avropa İttifaqı ilə sıx münasibətlərimizin olmasını arzulayan vətəndaşların sayı artır və bu, normaldır» – nazir əlavə edib.

Bundan başqa, Belarus XİN rəhbəri qeyd edib ki, iki ölkənin interrasiyası barədə proqramın imzalanması tərəflərin mübahisəli məsələlərin – neft və qaz məsələsinin – həlli yolunu tapa biləcəyindən asılıdır.

«Hazırda deyə bilmərəm ki, Belarus buna hazırdır, yoxsa yox. Amma bizim fəaliyyətimmizin məntiqi belədir: hansısa inteqrasiyadan, hansısa strateji hədəflərdən – yaxın və ya orta müddətli – danışmazdan əvvəl biz, aktual məsələləri həll etməliyik, bu isə neft və qaz, vergi manevrləri, kənd təsərrüfatı və sənaye məhsullarının tədarükü məsələsidir» – Makey bildirib.

Bu zaman nazir, «Dekabra qədər mühahisəli məsələlər həll olunmazsa, Minsk nə edəcək?» – sualına cavab verə bilməyib. «Heç nə deyə bilmərəm, axı bu, hipotetikdir. Bu məsələnin düyününün açılması məsələsi qarşıya qoyulub, odur ki, gəlin gözləyək» – nazir qeyd edib.






loading...


Fikrinizi bildirin