Fransa prezidenti terrorçuları «həmkar» adlandırıb – «ABŞ-ın çəkildiyini sosial şəbəkədən öyrəndim…»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın prezidenti Emmanuel Makron bəyan edib ki, Türkiyənin yeni hərbi əməliyyata başladığı Suriyada baş verən hadisələr NATO kimi bir müdafiə blokunun normal fəaliyyət göstərməsini təhlükə altına alır.

Onun sözlərinə görə, Fransa, Türkiyə və ABŞ Şimali Atlantika alyansının üzvləridir, amma Türkiyənin əməliyyatından əvvəl ABŞ ordu hissələrinin bölgədən çıxarılması barədə xəbəri o, sosial sosial şəbəkədən öyrənib.

«Mənim anladığım qədərində NATO-nün üzvü olan dövlət (Türkiyə) beynəlxalq koalisiyanın (ABŞ başda olmaqla)» «İslam dövləti» ilə mübarizəsində onun bölgəsel həmkarına hücum etmək qərarına gəlib» - deyə, Makron bildirib. «Həmkar» ifadəsi altında Fransa prezidenti Türkiyənin və eləcə də ABŞ-ın terrorçu kimi tanıdığı PKK-nı və onun Suriya qolu olan «SDQ/YPG»-ni nəzərdə tutub.

Makronun sözlərinə görə, indi «yerlərdəki həmkarların» Qərbə olan inamı alt-üst olub. «Qərb və NATO beləliklə, «əhəmiyyətli səhvə yol verib» və nəticədə, Türkiyə, Rusiya və İran bölgədə «güclü haqlıdır» hüququndan faydalanırlar» – deyə, KİV-lər Makrondan sitat gətirirlər.

Göründüyü kimi, Fransa prezidenti «nala-mıxa» vurur: bir tərəfdən Türkiyəni NATO üzrə özünün müttəfiqi adlandırır, o biri tərəfdən isə müttəfiqi Türkiyənin terrorrçu qrup elan etdiyi PKK/YPG-ni özünün (koalisiyanın) bölgəsel həmkarı elan edir və terrorçuların Türkiyəyə xain hücumlarını laqeydcəsinə seyr etməkdən o yana keçmir. Beləmi olur, həmkarlıq? Baxın, «fahişə əxlaqı» deyilmi?...

Amama bir türk atalar məsəlində deyilir: «Düşmənimin dostu, mənim düşmənimdir»...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar