Pənah Hüseyn sərbəst buraxılıb - YENİLƏNİB

Bu gün polis tərəfindən saxlanılan Xalq Partiyasının sədri Pənah Hüseyn sərbəst buraxılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb.

Ə.Zeynallının yazdığına görə, P.Hüseyn Səbail rayon polis idarəsindən azadlığa buraxılıb.

***

AXC hakimiyyətinin baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn saxlanılıb.

"AzPolitika.info"-nun məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.

"Pənah Hüseyni Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 Maya doğru gedərkən mülki geyimli şəxslər saxladılar", - jurnalist "Facebook"da yazıb.

Ə.Zeynallı bildirib ki, onun özünü də saxlamaq istəyiblər. Lakin jurnalist olduğunu bildikdən sonra sərbəst buraxıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar