ABŞ-dan Tiflisə Saakaşvili xəbərdarlığı

ABŞ Dövlət Katibinin Avropa və Asiya məsələləri üzrə müavini Erik Rubin Gürcüstanda Saakaşviliyə qarşı aparılan kampaniyaya münasibət bildirib.

Rubin Saakaşviliyə qarşı ittihamların ABŞ-ı ciddi narahat etdiyini bildirib. Dövlət katibi müavinin fikrincə Gürcüstanın keçmiş prezidentinə qarşı aparılan təqib kampaniyası bu ölkənin demokratikləşməsinə ziyan vurmaqla nəticələnə bilər.

Rubin ABŞ hökumətinin mövqeyini ifadə edərək qeyd edib ki, Saakaşviliyə münasibətdə başlanmış kampaniyanı bundan sonra davam etdirmək heç də məqsədəuyğun deyil. /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar