"Əslində isə utanmaq lazımdır..." - YAP-dan açıqlama

"Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz".

Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində paylaşıb.

Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”, - deyə o qeyd edib.

635x100

Şərhlər

veten dashı 2019-10-19 18:41:47

Utana bilirsizsə utanın...

bisavad 2019-10-19 18:41:47

Əli müəllim deyirsən sürətlə inkişaf edirik. Ancaq tikiş iynəsini də xaricdən alırıq.Deyirsən çoxlu iş yeri açılıb. Ancaq qul bazarları tüğyan edir. Deyirsən əhalinin güzaranı yaxşılaşıb. ancaq dilənçi əlindən tərpəniləsi deyil. Deyirsən polisin hərəkəti təqdirə layiqdir. Onlar öz sözünü nə üçün Stepanakertdə deyib həmin şəhəri Xankəndi elan etmirlər.

t.ədalət 2019-10-19 18:41:47

Hakimiyyətin Rusiya sevdası Dağlıq Qarabağ və ona bitişik ərazilərdə sabitliyi çoxdan pozub.Torpağı düşmən tapdağında və .... olan xalqın sabitlik nəyinə lazımdır?İllər ermənilərin xeyrinə işləyir..

admin 2019-10-19 18:41:47

....bəs şəhərin mərkəzində ralli əhaliyə mane olmur.Gör ... YAP-a kim rəhbərlik edir?...

EJDER 2019-10-19 18:41:47

LAZIM TAPILIBSA TECILI GONDERIN QARABAQA,PAWINYAN ORADA ,,YALLI,,GEDIR.SIYAVUW MALIM DEYIR KI,MILYARDLARI TALAYAN NAZIRLERIN SIYAHISI MENDEDIR,EY MENDEDIR,LUKAWENKO CANI

Əli 2019-10-19 18:41:47

"Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm! özünə niyə sual vermir ki niyə bunu sosialdan izləyir milyonlarla xərc çəkilən AZ TV dən izləyə bilmir.Nə vaxt AZ TVdən izləyə biləcəksən onda bu ölkıdə mətbuat azadlığı və demokratiya olacaq

Qulu 2019-10-19 18:41:47

Xalq ayıldı amma YAP gözəl villarda yatıyor ki, yatıyor.

BAKILI 2019-10-19 18:41:47

-------------

alı 2019-10-19 18:41:47

Ogluna nəsihhətin olub ki, "HAQQINI TƏLƏB ET".İndi bu insanlar HAQQINI tələb edir.Niyə utanmalıdırlar? onda sən və sənin oglun 100 dəfə utanıb yerə girməlidir.Partiya liderinin ölkəni silkələyən hadisəyə münasibətinə baxın.Sən əvvəlcə özün bu dediyin sözün özünün də, partiyanın da əleyhinə işlədiyini anla, sonra buna görə utan və sonra kiməsə utanmagı tövsiyyə elə.Ayda ildə 1 söz deyirsən o da bütün YAP-çıları utandırır...." və qoy heç olmasa SİYAVUŞ kobud da olsa danışsin.....

yusif-1313 2019-10-19 18:41:47

ƏLİ MÜƏLLİM!HƏQİQƏTƏN UTANMAQ LAZİMDİR.

abid 2019-10-19 18:41:47

ALLAHA and olsun ki, mənim YAP stajım 20 ili adlayıb və Əli Əhmədova deyirəm ki, UTANMAQ LAZIMDIR VƏ ƏN BİRİNCİ UTANMALI SƏNSƏN.İqtidarın ən böyük səhvi ƏQİDƏLİ YAP-çıları SƏNİN ƏLİNLƏ məhv edib yerinə Baharı, Mübarizi gətirmək oldu.Niyə səsləri batı?İndi nəticə ortadadır.700 minlik partiyanın başında duran birinin belə gərgin vəziyyətə verdiyi debil reaksiyaya baxın.Dediyi hər kəlmə YAP-ın ƏLEYHİNƏDİR.1-2 zənbil ərzaga ən əqidəli məsləkdaşını satanlar utanın, ölün.

dadaşyev 2019-10-19 18:41:47

Əgər deputat borc almaq üçün öz vəsiqəsini girov qoymasa,bank direktoru 3 milyardın dalından dəyməsə,şişirdilmiş smetalarla körpülər-binalar tikilməsə,millətin vergisinə xaricdə otellər şəbəkəsi alınmasa,neftayırma zavodlarımızda hər oktanda benzin aldığımız halda ən yüksək oktanlıları xaricdən gətirilib baha satılmasa,ticarətdə monopoliya götürülsə,Xəzəri çəpərləyən qanunsuz qalalar sökülmüş olsa,vəzifələrə yapışıb qalmış qocalar üzündən gənclərimiz xaricə axışmasa,maaş Avropadakı kimi olsa utanılasıdır.

veten dashl 2019-10-19 18:41:47

Ne vaxta qeder haqqınız olmadığı halda xalq adından danıshacaqsız her vezifeden geden milyardlar aparir.Yaxsh olar bunu izah edesiniz.

miri 2019-10-19 18:41:47

Metrostansiyalarinda hərəkətin dayandırılması, marşurut üzrə gərəksə olan avtobus dayanacaqlarinda nəqliyyatın dayanmasına qadağa, böyük bir ərazidə çörək pulu₼ qazananlarin iş yerlərinin bağlanması, park və xiyabanlar giriş-çıxış qadağanı, bütün ərazini başı qəbilqəli polis və xüsusi xidmət orqan işçiləri ilə doldurmaq.... insanlara narahatlıq yaradır, ey məntiq elmləri üzrə alim müəllimlər.

Son yazılar