Tramp CNN-ni məhkəmə ilə hədələyib

ABŞ Prezidenti Donald Tramp onun fəaliyyətini işıqlandırarkən yol verilən “ədalətsizliyə, etikasızlığa və qanunsuzluğa” görə CNN telekanalını məhkəmə ilə hədələyib.

Fox News telekanalı xəbər verir ki, Trampın vəkillərindən biri Çarlz Harder bu barədə müvafiq məktubu telekompaniyanın prezidenti Ceffri Sukerə göndərib. “Ölkə tarixində indiyə qədər Prezident bu dərəcədə ədalətsiz, əsassız, etikasız və qanunsuz hücum dalğasına məruz qalmayıb”, - deyə ABŞ liderinin vəkili bildirib.

Vəkilin sözlərinə görə, Donald Tramp qanun çərçivəsində mümkün olan ən yüksək təzminatın ödənilməsi məqsədi ilə məhkəmə iddiası qaldırmaq fikrindədir.

CNN telekompaniyası isə öz növbəsində bildirib ki, məktub cavab verilməyə layiq olmayan çarəsiz reklam cəhdindən başqa bir şey deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar