PKK-nı maliyyələşdirənlər həbs olundu

İtaliyanın Milan şəhərində çoxu Türkiyə vətəndaşı olmaqla 40 kürd haqqında cinayət işi açılıb.

ANS-in məlumatına görə, bu barədə İtaliya mətbuatı yazır.

Xəbərə görə, saxlanılan 40 kürd PKK terror təşkilatına maliyyə dəstəyi verməkdə ittiham olunur. Milan Baş prokurorluğu bu şəxslər haqqında 2009-cu ildən araşdırmalara başlayıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, saxlanılan şəxslər İtaliyada təşkilat qurmaqda və burada toplanan pulları Türkiyəyə PKK terror təşkilatına göndərməkdə təqsirli bilinirlər.

Saxlanılan kürdlər Milan, Latsio və Toskana şəhərlərində yaşayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar