Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb 

Dərc olunub: 19/10/2019 - 20:57

559558b4-01a2-49ed-9fc7-31dec12c92deRusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.

“Report”RİA “Novosti”yə istinadla xəbər verir ki, hadisə yerinə RF Fövqəladə Hallar Nazirliyinə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib, Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

Qeyd edək ki, Krasnoyarsk diyarının Kuraqino rayonunda Seyba çayında quraşdırılan bənd ötən gecə, yerli vaxtla saat 02:00-da uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.






loading...


Fikrinizi bildirin