“Qarabağ” mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib – VİDEO

Dərc olunub: 19/10/2019 - 21:25

25dab43bb35c08Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

APA-nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçirilən VIII turun ilk iki matçı baş tutub.

Hər iki qarşılaşmada eyni – 1:1 hesabı qeydə alınıb.

Günün ilk görüşü Qəbələdə baş tutub. Startda ardıcıl 7 qələbə qazanan “Qarabağ” “qırmızı-qaralar”ın qonağı olub. Son çempion mövsümdə ilk xal itkisi ilə “Qəbələ” ilə görüşdə üzləşib – 1:1.

Paytaxt derbisində “Keşlə” “Sabah”ı sınağa çəkib. Ev oyununda hesabı açan “Keşlə” üstünlüyünü uzatma dəqiqələrində əldən verib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Səbail” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr (şənbə)

“Qəbələ” – “Qarabağ” – 1:1
Qollar: Qismət Alıyev, 3 // İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

“Keşlə” – “Sabah” – 1:1
Qollar: Vüsal İsgəndərli, 16 // Hendrik Ekşteyn, 90+1
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15






loading...


Fikrinizi bildirin