Kuba prezidenti Bakıya səfər edəcək

Dərc olunub: 19/10/2019 - 23:40

7685c85a-1919-4b04-8201-6939db54ef66Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə “Report” Kubanın “Radio Habana Cuba” saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah – bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.






loading...


Fikrinizi bildirin