Rus qırıcıları İsveçə girdi

Rəsmi Stokholm dərhal Rusiyanın İsveç səfirliyinə etiraz notası verib

Rusiyanın iki qırıcısı icazəsiz olaraq İsveçin hava məkanına daxil olub.

ANS PRESS-in məlumatına görə, Stokholm rəsmiləri bunu "ciddi pozuntu" kimi dəyərləndirərək Rusiya səfirliyinə etiraz notası verib.

İsveç Xarici İşlər Nazirliyinin bəyənatında bildirilir ki, Rusiya hərbi təyyarələri sentyabrın 17-də Baltik dənizi üzərindən uçaraq ölkənin cənubundakı Eland adası üzərində uçuşlar həyata keçirib.

Qeyd edək ki, Rusiyanın Krımı işğal etməsindən sonra İsveç öz müdafiəsi ilə bağlı narahatlıq keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar