Asteroid 162082 Yerə yaxınlaşır 

Xəbər verilir ki, Asteroid 162082 (1998 HL1) oktyabrın 25-də Yerə maksimum məsafəyə qədər yaxınlaşacaq.

Ölçüləri 441 metrdən 968 metrə qədər olan kosmik obyekt Yerin bərabərindən 0,04 astronomik vahid məsafədən keçəcək. Bu da planet üçün təhlükəsiz hesab olunur. Oktyabrın 25-də Bakı vaxtı ilə saat 21:21-də obyekt Yerə maksimum yaxın olacaq.

Məlumata görə, bu asteroid «maksimal təhlükəli» kimi klassifikasiya olunur. Ancaq yaxın 120 ildə onun Yerlə toqquşma ehtimalı azdır. Növbəti dəfə o, yerə yalnız 2140-cı ildə bu məsafəyə qədər yaxınlaşacaq.

Obyekt 1998-ci il aprelin 18-də kəşf olunub. O, yerətrafı «Apollon» asteroidlər qrupuna aiddir. Cəmisi belə obyektlərin 5 mindən artığı məlumdur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar