"Alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb..." - BŞPİ Əli Kərimli haqda

"Metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub".

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumatda bildirilir.

"O, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb", - deyə xəbərdə qeyd edilir.

635x100

Şərhlər

veten dashı 2019-10-20 09:17:27

Kimə xidmət etdiyinizi bilə bılərikmi.Bu mütləqdi ki Prezidentə yox......

bekar 2019-10-20 09:17:27

Eli Kerimli avtobusa kelle vurub. en dogrusu beledi. şahidler de var )))

yalançılar utansınlar 2019-10-20 09:17:27

...........

Yengibar 2019-10-20 09:17:27

Gərək yazardılar ki, Əli Kərimli avtobusla toqquşub. Daha məntiqli alınardı.

t.ədalət 2019-10-20 09:17:27

Bu zədə yəqin ki polis kobudluğunun nəticəsidir.Ə.Kərimlinin kimliyi maraqlı deyil.Nəticə türk millətinin etnik polis işçiləri tərəfindən təhqir edilməsindən gedir.Hakimiyyət bir əncam çəkməlidir.Çünki bunun sonu çox dəhşətli bir qarşıdurmaya apara bilər.Vəzifədə kimin çoxluğu yox,ümumi sayda kimin üstün olmasından ehtiyatlanmaq lazımdır.Türkçülük,sözdə yox,əməldə gec-tez burda da qalib gələcək!

miri 2019-10-20 09:17:27

Bu aksiyada insanlar ilə davranışda insanlıq səviyyəsi adlanan bir şey olmadı. Vətəndaşı Ermənistanda Şahbaz və Dilqəm qardaşlarımızı , eləcə də Rusiyada azərbaycanlı Orxanı general qarşısına gətirərkən edilən aşağılayıcı hərəkətlər oldu. Avtomobillərə aparılan insanlarin çoxu ora mindirilmək əvəzinə əl yükü kimi atılırdı. Hətta bundan sonra içəridə döymək üçün polis formalilar da salınırdı. Bu yazılmış tarix hadisəni görən və iştirakçıların yaddaşından çıxa bilməz. Allahın lənəti yaxında olar. İNŞƏALLAH.

EJDER 2019-10-20 09:17:27

HA HA HA MALADES.BU ANALOQU OLMAYAN POLIS KIMI QORUYUR.HESAB EDIREM KI,,,YUTUBA,,BAXSANIZ YAXWIDIR

veten dashı 2019-10-20 09:17:27

Təssüf ki bizim polis əməkdaşları davranış səviyyəsi cox aşağıdır.Bu nə dövlətcilik ...

fuad 2019-10-20 09:17:27

Boyunuz yere girsin hele bir izahat da verirler.

Son yazılar