"Bu çağırışlar ölkənin konstitusion quruluşuna qəsddir" - YAP

"Oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınıb.

Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar edib, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol veriblər".

"Report" xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının(YAP) oktyabr ayının 19-da Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanatındə yer alıb.

YAP həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir:

"Destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlat törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir. Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əminamanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir.

Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir.

Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əminamanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir. Eyni zamanda hüquq mühafizə orqanlarını, dövlətin müvafiq qurumlarını destruktiv elementlərin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət veriməyə çağırır.

Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firəvan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini nümayiş etdirməyə hazırdır".

635x100

Şərhlər

veten dashı 2019-10-20 15:15:51

Sizə elə gəlmir ki YAP da artıq köhnəlib.Elə prezidentin əlinə-ayağına dolanşanlar də sisiz. Prezident sizden yaxasını qurtarsa Xalq onu sizdən yaxşı dəstəkləyər.

dadaşyev 2019-10-20 15:15:51

davamı;Sonra Putin gəldi,məlum oldu ki,Yeltsin xroniki alkaş imiş,içə-içə az qala Rusiyanı dağıdacaqmış,nə yaxşı Putin vaxtında özünü yetirdi.Təbii ki Putindən sonra gələn də onun haqqında nələrsə düzüb qoşacaq.Və beləcə proses davam edəcək.Amma qıran da,qırılan da,kommunizm qurmaq xülyaları da,Lenin partiyası da,Stalin qvardiyası da,Kirov heykəli də,Sov İKP qurultaylarının qərarları da yox oldu getdi,amma Rusiya adlı ölkə,xalq,çayları-dənizləri-meşələri,şəhərləri,kəndləri yüz il əvvəlki kimi yerindədir.

dadaşyev 2019-10-20 15:15:51

davamı;Repressiya sonunda cəmiyyət leninçilərdən təmizləndi,stalinçilər qalib oldular deyə iş o həddə çatdı ki,səngərdən faşistə hücuma qalxanlar "Za Stalina" deyə bağırdılar.Sanki Lenin deyə birisi yoxmuş.Sonra Xruşşov gəldi,məlum oldu ki,Stalin özünə pərəstiş yaradıb.Sonra Brejnev gəldi,məlum oldu ki,Stalin də,Xruşşov da qələt eləyiblər,cəmiyyət yalnız Leninə və partiyaya borcludur.Sonra Qorbaçov gəlib dedi ki,Brejnev də bir düdük olmayıb,zastoy yaradıb.Sonra Yeltsin gəlib dedi ki,Qorbaçov mən deyəndi..

dadaşyev 2019-10-20 15:15:51

37-ci ildə musabəyovlar,sultanovlar,bünyadzadələr,əfəndiyevlər Lenin qvardiyasından idilər deyə məhv edilmişdilər,sənədlərdə isə onların qatı əksinqilabçı,trotskiçi,zinovyevçi,alman-ingilis-yapon kəşfiyyatçısı olmaları məhv edilmələrinə səbəb kimi göstərilib.Amma o rəhbər işçilərdən ilk olaraq Əfəndiyev həbs edildiyi vaxt Bağırov əsl səbəbi qurultaydaca açıqca deyir."Sən çıxışlarında həmişə Lenin qvardiyasından olduğunu deyibsən,amma bir dəfə də yoldaş Stalinin adını çəkməyibsən.Sən gəbərəcəksən".

t.ədalət 2019-10-20 15:15:51

Hadisələrə münasibət bildirməyə YAP-ın haqqı çatmır.YAP da müxalifət partiyaları kimi hakimiyyəti ələ alıb sərvətləri talan etməklə məşğuldur.Əbvülfəz Əliyev,İsa Qənbər,İskəndər Həmidov,Rəhim Qazıyev,Pənah Hüseyn və digərləri xalqın başına olmazın oynunu açdılar.Bizə siyasi partiyasız və xalqa yaxın(yəni,sərvətləri talamayan) parlament hakimiyyəti lazımdır.Siyasi partiyalar olan yerdə Vətənin yiyəsiz qalmış əraziləri geri qaytarılmayacaq!

fuad 2019-10-20 15:15:51

Adamda uz yaxshi sheydir.

Son yazılar