Meşədə üzərinə budaq düşən Oğuz sakini ölüb

Oğuz rayon sakini dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xal-Xal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar