«ABŞ Suriyaya görə Türkiyə ilə münasibətləri qurban vermək istəmir» - Mayk Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo «Fox Business» telekanalına verdiyi müsahibədə bəyan edib ki, ölkəsi Suriyanın şimalında apardığı əməliyyata görə Türkiyə ilə münasibətləri pozmağı plaqlaşdırmır və yalnız həmin əməliyyatın tam dayandırılmasına çalışır.

O, qeyd edib ki, ABŞ və Türkiyə təhlükəsizlik sahəsində ümumi maraqlara malikdirlər. Belə ki, hər iki ölkə NATO üzrə müttəfiqdir.

Türkiyəyə qarşı Amerika sanksiyalarını şərh edərkən, Pompeo sanksiyaların məqsədinin əməliyyatın dayandırılmasından ibarət olduğunu bildirib, həm də yüksək səviyyədə danışıqların əhəmiyyətinə işarə edib.

«Bizim məqsədimiz belə əməliyyatlar aparmaq məsələsində Türkiyənin imkanlarını qarşılamaqdan ibarətdir. Biz, bunu dayandırmaq üzərində işləyirik» - Pompeo bildirib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, ölkəsi Suriyanın şimal-şərqində aparılan əməliyyatla əlaqəsi olan özəl şəxslər və təşkilatlara qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız qoymayacaq. Məlum olduğu kimi, artıq bu siyahıya ölkənin energetika və müdafiə nazirliklərinin, 3 nəfər yüksək çinli məmurun adı daxil edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar