«Hillari korrupsiyanın təcəssümüdür!» – Konqresmen Habbard

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bazar günü sabiq dövlət katibi Hillari Klintonu amerikali siyasətçilər barədə səsləndirdiyi fikirlərə görə, «dəli» adlandırıb və qeyd edib ki, rusiyalılara rəğbəti var.

«O, konqresmenlər Tulsi Habbardı «Rusiyanın şanslısı», Cill Staynı isə «Rusiya agenti» adlandırıb. Siz, bəlkə də eşitmisiniz, məni də böyük rusiyasevər adlandırmışdılar. Ümumiyyətlə, rusiyalılar mənim xoşuma gəlirlər. Bütün insanlar mənim xoşuma gəlirlər! Hillari dəli olub!» - deyə, Tramp «Tvitter»də yazıb.

Habbard Demkrat partiyasından ABŞ Konqresi Nümayəndələr Palatasının üzvüdür. Özünə qarşı səsləndirilən ittihamlara xanım Habbard belə cavab venib: «Hillari korrupsiyanın təcəssümüdür».

Cill Stayn isə 2012 və 2016-cı illərdə Yaşıllar partiyasından ABŞ prezidentliyinə namizəd olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar