Gəncədə kişi özünü yandırıb

Dərc olunub: 20/10/2019 - 20:44

1501596985_yandirdiGəncə sakini yanıq xəsarətləri ilə xəstəxanya yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Kəlbəcərdən olan, 1952-ci il təvəllüdlü Mirzəyev Söhbət Yeprin oğlu bədənin yuxarı ətrafının və boyunun yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Araşdırma zamanı məlum olub ki, ilkin məlumata görə, həmin şəxs ailə münaqişəsi zəminində həyat yoldaşı və qayınanası ilə mübahisə etdikdən sonra öz üzərinə yandırıcı maye tökərək özünü yandırıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hadisənin baş vermə səbəbləri araşdırlır.






loading...


Fikrinizi bildirin