Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Nügədi yolunda qeydə alınıb.

Qubanın Amsar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Musa Ramazan oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə rayonun Pirvahid kənd sakini, 1952-ci il təvəllüdlü Allahverdiyev Eyyub Şahmurad oğluna məxsus "Mercedes" markalı maşın toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırm aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar