“Liverpul” mövsümdə ilk xal itkisi ilə üzləşib

İngiltərə Premyer Liqasında IX tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci günündə 1 oyun keçirilib.

“Mançester Yunayted” öz meydanında “Liverpul”u qəbul edib. Bunadək keçirdiyi 8 oyunda qələbələri sıralayan qonaqlar ilk xal itkisi ilə üzləşiblər. Çempionata uğursuz başlayan mançesterlilər ilk yarıda hesabı açsalar da, mersisaydlılar məğlubiyyətdən qaçıblar – 1:1

Qeyd edək ki, tura oktyabrın 21-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası

IX tur

20 oktyabr

“Mançester Yunayted” – “Liverpul” – 1:1

Reşford, 36 – Lallana, 85

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar