Hindistan-Pakistan sərhədində atışma – Ölənlər var

Dərc olunub: 20/10/2019 - 21:54

PakistanKəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib.

Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb.

Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var.

Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib. /APA






loading...


Fikrinizi bildirin