Almaniya nüvə müharibəsi vəziyyətini "məşq edib"

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya ordusu NATO-nun birgə təlimlərində iştirak edib. Təlimlərin gedişində hərbçilər nüvə müharibəsinin başlanması vəziyyətiniı məşq ediblər.

«Sinxua» agentliyinin xəbər verdiyi kimi, əsgərlər nüvə başlıqlarının qırıcı-bombardmançılara mümkün qədər qısa vaxt ərzində quraşdırılmasına çalışıblar.

Təlimlərin aparılması yeri kimi Reynland-Pfals federal torpağının Byühel aerodromu seçilib. Burada Tornado təyyarələri dislokasiya olunub. Ərazidə həm də yeraltı anbarlar var və senariyə görə, hərbçilər mərmiləri oradan götürüblər.

Agentlik bildirir ki, Almaniyanın özünün nüvə silahı olmasa da, onun silahlı qüvvələrinin sərəncamında belə mərmiləri daşıya bilən texnika var. Nüvə alimlərinin məlumatına görə, nüvə bombaları Almaniyada Amerika ordusu tərəfindən yerləşdirilib və Byühel bazasında saxlanır. Amma Berlin bu informasiyanı təsdiqləmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar