Saakaşvilinin bank hesablarına həbs qoyuldu

2013-cü ilin noyabrında yeni prezident Georgi Margvelaşvilinin inauqurasiyası zamanı ölkəsini tərk edən və vətənə dönməyən, daha sonra isə ölkəsinin Baş prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən eks Gürcüstan prezidenti Mixail Saakaşvilinin bank hesablarına həbs qoyulub.

ANS PRESS-in məlumatına görə, Saakaşvilinin vəkili Otar Kaxidzenin şənbə günü axşam verdiyi açıqlamada eks prezidentin bütün hesablarına həbs qoyulduğunu bildirib.

Qeyd edək ki, ölkəsində Saakaşviliyə bir neçə maddə ilə həbs qərarı verilib. Daha əvvəl cümə günü Gürcüstanın baş prokurorluğu bildirmişdi ki, Saakaşvilinin istintaqdan yayınması səbəbi ilə onun əmlakına da həbs qoyulur. Eks-prezidentin vəkilinin sözlərinə görə, əmlak həbsi Saakaşvilinin şəhərkənarı evi və yoldaşının eəcədə nənəsinin adına olan bir neçə ev və maşınlara qoyulub.

“Cənab Bidzinanın (Bidzina İvanişvili, keçmiş baş nazir, iqtidarda olan koalisiyanın yaradıcısı) xeyir-duası ilə Mixail Saakaşvilinin bank hesabına həbs qoyulub, lakin prokurorluq eks-prezidentin məhz hansı bankın xidmətlərindən istifadə etməsini öyrənməyə tənbəllik etdi və onun bankda olan hesablarının hamısana həbs qərarını tələb etdi”- deyə Kaxidze öz “Facebook” səhifəsində yazır.

Saakaşvili öz növbəsində ailəsinin əmlakına əl qoyulmasında birbaşa Bidzina İvanişvilini günahkar bilərək həbs faktını qanun çərçivəsindən çıxmış hesab edir.

Xatırladaq ki, prokurorluq tərəfindən beynəlxalq axtarışa verilən Saakaşvili hazırda ABŞ-da yaşayır. O özünə və onun tərəfdarlarına qarşı Gürcüstanda siyasi təqib olduğunu iddia edir. Hakim koalisiya olan “Gürcü arzusu” isə öz növbəsində ölkədə ədalətin bərqərar olma prosesinin getdiyini iddia edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar