Abşeronda taksi 60 yaşlı kişini vurub

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Frəman oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Polis sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar