Oqtay Əsədov İmperatorun taxta çıxma mərasimini izləyəcək

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar