“Suriya münaqişəsinin ancaq siyasi yolla həllinə inanırıq” - Çavuşoğlu

“Suriyadakı münaqişənin ancaq siyasi yolla həllinə inanırıq”.

APA-nın NTV telekanalına istinadla verdiyi xəbərə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə müttəfiqlərindən dəstək görmədiyi üçün tək başına “Barış bulağı” hərəkatına başlamaq məcburiyyətində qalıb: “ABŞ-la birgə təhlükəsiz bölgə yaratmaq üçün çalışarkən onlar YPG-ni silahla təmin etməyə davam etdilər. Biz Suriyanın şimalında hərbi əməliyyatlara başlayan zaman hamıya – BMT-yə, NATO-ya, İrana, ərəb dövlətlərinə və Avropa İttifaqının səfirlərinə məlumat verdik. “Barış bulağı” hərəkatında ancaq terrorçular hədəf alındı, mülki əhaliyə ziyan vurmamaq üçün çox böyük güc sərf etdik”.

Türkiyənin Suriyanı işğal etmək niyyətinin olmadığını vurğulayan M. Çavuşoğlunun sözlərinə görə, hərbi əməliyyatlar başladığı andan indiyə kimi YPG/PYD terrorçuları Türkiyəyə hücum edir.

O qeyd edib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 hərbçisi şəhid olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar