Sərhəddə daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat mərkəzindən verilən məlumata görə, oktyabr 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Belə ki, sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, onların içərisində 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatlarının olması müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar