“35 saat qalıb, terrorçular geri çəkilməsələr, hərəkat yenidən başlayacaq” - Çavuşoğlu

“ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirən XİN başçısı vurğulayıb ki, hazırda YPG/PYD terrorçuları Türkiyə ordusunun nəzarət etdiyi bölgələri tərk etməyə başlayıb.

“35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, “Barış bulağı” hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də çox mühüm əhəmiyyətə malikdir”, - deyə M. Çavuşoğlu qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar