İŞİD-dən növbəti qətliam -FOTO

Terror qruplaşma əsir götürdüyü 300 PKK-çını güllələyib

Suriyada İŞİD terrorçuları ilə PKK/PYD (Partiya Yektiya Demokrat - Demokratik Birlik Partiyası) terrorçuları arasında atışmaların davam etdiyi bir vaxtda İŞİD qruplaşması 300 PKK mənsubunu əsir götürüb.

ANS PRESS-in verdiyi məlumata görə, İŞİD qruplaşması əsir götürdüyü PKK terrorçularını Türkiyənin Akçakale rayonu ilə həmsərhəd Suriyanın Tel Əbyəd bölgəsində güllələyib.

Bildirilir ki, İŞİD Kobanini şərqdən, qərbdən və cənubdan mühasirəyə alaraq bölgəni tank və artilleriya ilə intensiv atəşə tutub.

Daha sonra İŞİD qruplaşması Kobaninin kəndlərindən birində yaxalayaraq çılpaq vəziyyətdə sürüdüyü PKK/PYD terrorçularını güllələyib

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar