“Azərenerji”nin stansiyalarının özəlləşdirilməsinə hazırlıq gedir

Azərbaycan hökuməti “Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır.

Bu barədə “Report”a qurumdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla bağlı hökumətlə “Azərenerji” arasındakı danışıqlar yekunlaşmaq üzrədir.

Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də, onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyalarının özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik”, - deyə mənbə qeyd edib.

635x100

Şərhlər

Mühəndis 2019-10-21 11:27:33

Görünür DÖVLƏT və Hökumət bütün məsuliyyəti üzərindən atıb muzdlu əməkçi olmağa can atırlar. Hər islahata tam düşüncə gərəkdir. Stansiyanı "ÖZƏL"çə aldı, işığın kWtnı 10 qəpiyə qaldırdı və artıq gəlirə də daha iri biznes qurdu? Stansiyanın resursu bitdi və yenisinin qiyməti hədsiz artıb ki, sifariş verə bilmir? ...

t.ədalət 2019-10-21 11:27:33

Artıq bütün gəlirli sahələr ələ keçirilib.Elektirik energisi sahəsində talanmamış bəzi yerlər qalır ki,onu da talamağın vaxtı çatıb.Bildiyimiz kimi,indi marketlərdə də adi rənglənmiş keyfiyyətsiz sulu ayaqqabı kremi satılır.Əvvəllərdə biz onu 20-30 qəpiyə alırdıq.İndi kiçik bir kremciyi marketlərdə 2 manat 80 qəpikdən yuxarı qiymətə əhaliyə sırıyırlar.Görünməmiş möcüzədir.Ömür yolu ermənistandakı donuzxanadan başlayan iqtisadiyyat nazirimiz,görəsən,hara baxır?Bəlkə bunu araşdırmağa da elmi təhlil lazımdır?

Son yazılar