Çox fikirləşənlər tez ölürlər - Alimlər bu qənatə gəliblər

Bundan əvvəl alimlər hesab edirdilər ki, əqli fəallıq insan ömrünün uzanmasına müsbət təsir göstərir. Ancaq Harvarddan olan alimlərin yeni tədqiqatları göstərib ki, çox fikirləşmək ömrü qısaldır. Bu barədə «Focus» alman nəşri yazıb.

Məqalədə qeyd olunduğu kimi, güclü neyron fəallığı ömrün uzunluğunu azaltdığı bir varxtda, neyronların zəif aktivliyi, görünür ki, uzun yaşamağa kömək edir.

Alimlər ehtimal edirlər ki, bu, beyin aktivliyini əzən «REST» adlı zülalla bağlıdır.

60-100 yaşlarında ölmüş insanların beynin nümunələrini öyrənən mütəxəssislər müəyyən ediblər ki, beyində «REST» zülalının aşağı konsentrasiyası erkən ölümə gətirib çıxardır. Həmin zülalın yüksək konsentrasiyasının iştirakı olan hallarda ömür uzunluğu da artır.

Məsələn, 100 yaşda ölmüşlərin beyin hüceyrələrində 60-70 yaşda ölənlərlərin beyni ilə müqayisədə, daha çox «REST» zülalı aşkarlanıb.

Hazırda ekspertlər belə nəticələrin əsasında insan ömrünü uzadacaq preparatların yaradılmasının mümkünlüyü üzərində işləyirlər.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-10-21 11:49:32

İnsan ömrünü uzatmaq cəmiyyətə çox baha başa gələ bilər.Bir axmaq məmur pulun hesabına həmin bahalı dərmanları alıb daha uzun ömür yaşayarsa, onun törətdiyi haqsızlıqlar insanların həyatını daha çox zəhərləyə bilər..

Son yazılar