Rusiyada faşist Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q. Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib.

Bildirilib ki, Q. Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir.

Faşist Q. Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiyanın linki: https://bit.ly/2Jao8NX

635x100

Şərhlər

MV 2019-10-21 14:36:41

Avropa Ranqlı Hüquqşünas Cənab Elxan Süleymanov Sərsənğin birgə istifadəsi haqda petisiyası təşkil etmişdi! Nədən, DQMV və ətraf rayonların işğaldan qaytarılması və qəti tarixi üzrə də petisiya keçirilmir?

t.ədalət 2019-10-21 14:36:41

Bu heykəlin layihə rəhbəri Rus hökumətidir.Petisiya-filan boş söhbətlərdir.

Son yazılar