Nursultan Nazarbayevin səlahiyyətləri artırılıb

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin imzaladığı fərmanla ölkənin birinci prezidenti, Təhlükəsizlik Şurasının sədri, elbaşı (elbası) ünvanı daşıyan Nursultan Nazarbayevin dövlət idarəçiliyi orqanlarındakı kadr siyasəti sahəsində səlahiyyətləri artırılıb.

“Report” xəbər verir ki, hüquqi sənədlərin informasiya sistemində yerləşdirilən sənədə əsasən, ölkə prezidenti xarici işlər, daxili işlər, müdafiə nazirləri istisna olmaqla nazirləri, habelə baş prokuroru, Milli Təhlükəsizlik Komitəsinin sədrini, Dövlət Qulluğu və Korrupsiya ilə Mübarizə Xidmətinin sədrini, Milli Bank, Respublika Qvardiyası, “Sırbar” Xarici Kəşfiyyat Xidməti, Dövlət Büdcəsinin İcrasına Nəzarət Hesablama Komitəsi, Prezidentin İşlər İdarəsinin rəhbərlərini, vilayətlərin, paytaxt və respublika tabeli şəhərlərin hakimlərini (icra başçıları) təyin edərkən müvafiq namizədliyi N.Nazarbayevlə razılaşdıracaq.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının katibinin də təyinatı bundan belə Prezident Administrasiyasının rəhbərilə yox, şura sədrilə razılaşdırılacaq.

635x100

Şərhlər

dadaşyev 2019-10-21 15:02:57

Onda bu daha Elbaşı yox,HərŞeyinBaşı oldu ki.Elə prezident kimi qalardı da.Prezident olaraq da xaqan,sultan,şahənşah olmaq olar.Vəzifənin adı önəmli deyil,əsas idarəetmə mexanizmidir.Qanuni sultan Süleyman xəlifəydi,sultanıydı,amma qanunun aliliyini qoruyurdu deyə demokratik prezident kimi bir şey idi.Hətta saray adamlarından birisinin məhkəməsində iştirak etmək istərkən məhkəmə hakimi demişdi olmaz,sultan olmağın məhkəmənin gedişatına mane ola bilər.O da razılaşmışdı.Pinoçet,Çauşesku isə padşah idilər.

Elbaşıya 2019-10-21 15:02:57

"malades" bundakı "fərasətə" bir bax.

Son yazılar