İLHAM MİRZƏYEVİN ŞOK CİNAYƏT DOSYESİ- 5-ci HİSSƏ

Xəbər verildiyi kimi, Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəməsi davam etdirilir. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. Qeyd etdiyimiz kimi, “Təzadlar” qəzeti İlham Mirzəyevin törətdiyi cinayət əməlini əks etdirən İttiham Aktını əldə edib. “AzPolitika” həmin sənədin 5-ci hissəsini təqdim edirik:

İlham Mirzəyev borclu qaldığını etiraf etmiş, amma...

Cinayət işı üzrə şahid qismində dindirilmiş K. zərər çəkmiş şəxs S. ilə eyni məzmunlu ifadə vermişdir.

Cinayət işi üzrə şahid qismində dindirilmiş N. zərər çəkmiş şəxs S. ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq ifadəsində göstərmişdir ki, İlham Mirzəyevin gördükləri işin pulundan qayını S.-ya 5.000 manat aqlay materialının pulunu borcu qalmışdır. İlham Mirzəyev yaxın müddətdə qalan 5.000 manatı ödəyəcəyini söyləsə də, qayını S. onun qapısına çox gedib-gəlsə də, bu günədək İlham Mirzəyev 5.000 manat pulu verməmişdir. İlham Mirzəyev əvvəlki vaxtlarda qayını S.-ya yaxın vaxtlarda pulu verəcəyini demiş, lakin sonradan o pulu verməkdən tam şəkildə imtina etmiş, hətta qayını S. onun yaşadığı evə qapısına pul dalınca getdikdə, İlham Mirzəyev qayını S.ya özünün geniş əlaqələrə malik olduğunu, heç kimdən qorxmadığını deyərək, onu şərləyib tutdurmaqla hədələmişdir. Hətta bir dəfə İlham Mirzəyev həmişə onunla danışdığı... nömrəli telefonundan... nömrəli mobil telefonuna zəng vuraraq, telefonda ona hədə-qorxu gələrək bildirmişdir ki, “Qayının S.-ya de ki, bir də mənim qapıma gəlməsin, yoxsa onu şərləyib tutduracağam”. Doğrusu, İlham Mirzəyevin bu sözündən sonra qayını S. qorxmuş, bu adamdan çəkindiyinə görə pulunun dalınca getməmiş, nə də şikayət etməmişdir.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Mirzəyev İlham Əlikram oğlu ifadəsində göstərmişdir ki, 2012-ci ilin may ayından sentyabr ayınadək olan müddət ərzində S. özünün təmir-tikinti briqadası ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyət evində alqay döşənmə işlərini görmüşdür. Hadisələrin baş verdiyi vaxtdan uzun müddət keçdiyindən S.-nın aqlay döşənməsi işlərini konkret hansı qiymətdən gördüyünü xatırlamır. Əvvəldən belə danışmışlar ki, təmir-tikinti işlərinin görülməsi üçün istifadə ediləcək sement, armatur kimi materialları özü alacaqdır, döşənmə işləri üçün sərf olunacaq aqlay materiallarını isə S. alıb gətirmişdir. İşi tam şəkildə başa çatdırdıqda, işin sonunda o, S-nın istifadə etdiyi aqlay materialının pulunu və zəhməthaqqı pulunu tam şəkildə ödəyəcəkdi. İş görüldüyü müddətdə o, S.-ya hissə-hissə olmaq şərtilə təxminən 30.000 manata yaxın pul vermiş, ona cəmi 2.000 manat alqay materialının pulundan borcu qalmışdır. Çünki S. briqadası ilə alqay döşənməsi işlərini tam şəkildə başa çatdırmamış, gördüyü işdə çatışmazlıqlar olmuş və işi lazımi keyfiyyətdə görməmişdir. S. gilin həyətdə döşədikləri aqlay bəzi yerlərdə sınmış, qırılmış, döşənmiş alqay piltələrinin arasında boşluqlar olmuş, alqayın üstü hamarlanmamışdır. O, işin sonunda S.-ya öz etirazını, narazılığını bildirmiş və tələb etmişdir ki, qalan çatışmazlıqları gəlib aradan qaldırsınlar. S. ən qısa müddətdə gördüyü işin bütün çatışmazlıqlarını aradan qaldıracaqlarına söz versə də, ancan sonrakı müddətdə gəlib çıxmarnış, gördüyü iş keyfıyyətsiz olaraq qalmışdır. Sözsüz ki, S. işi söz verdiyi kimi, lazımi keyfiyyətlə tamamlamadığı üçün ona 5/000 manat deyil, cəmi 2.000 manat borcu qalmışdır. Həmin 2.000 manatı da, onu ələ keçirmək, S.-ya ödəməmək niyyəti, fikri olmamışdır. O, S.-ya demişdir ki, gəlib gördükləri işi tamamlasınlar, sınmış aqlay plitələrini dəyişsinlər, döşənmiş alqay plitələrinin üstünü hamarlasınlar, o da pulunun qalan hissəsini ödəməyə hazırdır. Lakin S. görməli olduğu işi lazımi keyfiyyətdə tamamlayıb təhvil vermədiyinə görə o, borclu qaldığı 2.000 manat pulu ödəməmişdir.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxs S. və təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikiram oğlu arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı S. əvvəlki ifadəsində göstərdiklərini İlham Mirzəyevin üzünə qarşı bir daha səsləndirmiş, sonuncu isə öz növbəsində, zərərçəkmiş şəxs S.-nın üzləşdirmə zamanı hadisənin baş vermə şəraiti və mexanizmi ilə bağlı verdiyi ifadəsini qismən təsdiq etmişdir”.

(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar