“Türkiyə və Azərbaycan xalqının ürəkləri hər zaman eyni döyünüb” - Səfir

“Azərbaycan istər “Barış bulağı”, istərsə də bundan əvvəl Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına verdiyi dəstəklə hər zaman önə çıxıb. Azərbaycan həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqının ürəkləri hər zaman eyni döyünüb: “Bunun üçün Azərbaycan xalqına, Azərbaycan Prezidentinə təşəkkür edirik”.

Səfir qeyd edib ki, Suriyanın şimalında terrorçuların yerləşməsi və Türkiyənin buna laqeyd qalmayacağı barədə bütün dünyaya xəbərdarlıq olunub: “Uzun illərdir ki, Suriyada davam edən vətəndaş müharibəsinin ağrı və çətinliklərini bu ölkədən sonra çəkən ikinci ölkə Türkiyədir. Suriyadakı müharibədən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar