"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonlar alır

Moskvada "Bakı Metropoliteni" QSC Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalayıb.

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.

Müqaviləyə əsasən, "Bakı Metropoliteni" QSC-yə 765 seriyalı innovativ üstünlüklərə malik olan metro vaqonlarının tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri vaqondan ibarət 81-760.B/761.B/763.B modelli yeni qatarla təchiz etmişdi.

635x100

Şərhlər

yalçın 2019-10-21 16:12:18

neçəyə və niyə məhz rusiyadan ?

Son yazılar