BAŞ NAZİRİN 2 MÜAVİNİ İSTEFAYA GÖNDƏRİLDİ! – Prezident 1 həftə əvvəl anons etmişdi…

Dərc olunub: 21/10/2019 - 20:35

hacibala

Prezident İlham Əliyev Baş Nazirin 2 müavinini – Hacıbala Abutalıbovu və Əli Həsənovu istefaya göndərib.

“AzPolitika” Prezidentin rəsmi saytına istinadla bu barədə xəbər verir. İstefaya göndərilməzdən əvvəl onların hər ikisi Prezidentin qəbulunda olublar.

Bu yaxınlarda yeni Baş Nazir təyin edən Prezident Əliyev, komandada ciddi kadr dəyişikliklərini davam etdirəcəyinin anonsunu bir neçə gün əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə vermişdi.

Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”, – Prezident bəyan etmişdi.

Siyasi müşahidəçilər bu bəyanatı hakimiyyətdə ciddi kadr dəyişikliklərinə gediləcəyinin anonsu kimi qiymətləndirmişdilər. Göründüyü kimi, bu proqnozların doğrulmasını çox da gözləmək lazım gəlmədi. Prezident bu bəyanatdan bir həftə keçməmiş Baş Nazirin 2 yaşlı müavinini, eyni zamanda, yumşaq desək, ictimai nüfuzu bərbad olan 2 məmuru istefaya göndərdi. Lakin böyük ehtimalla, bu, hələ prosesin başlanğıcıdır. İstefaya göndərmələrin Prezident Administrasiyasını, hüquq-mühafizə orqanlarının rəhbərliyini, eyni zamanda digər strukturları da əhatə edəcəyinə dair böyük gözləntilər var. 

Baş Nazirin boşalan müavini vəzifələrinə kimlərin təyin olunacaqları da maraqlıdır.

Rasim ƏLİYEV

AzPolitika.info 

hacibeli hes






loading...


Fikrinizi bildirin