Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Qüdrət Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun 60 yaşı tamam olub.

635x100

Şərhlər

yalçın 2019-10-21 17:46:48

oğlu bir ailəni məhv və bədbəxt edib, 2 il keçməmiş sifarişlə əfvə salındığına görə?!..islahat budur? dəhşət və vəhşətlər baş alıb gedir

Son yazılar