"Mətbuatda da islahatlara qarşı meydan açılır..." -  “Polisə Dəstək” İB-nin bəyanatı

“Polisə Dəstək” İctimai Birliyinin 19 oktyabr 2019-cu ildə İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir. Bu barədə “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev məlumat verib.

İclasda oktyabrın 15 də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən iqtisadi müşavirədə ölkədəki islahatlara, dövlətin daxili və xarici siyasətinə qarşı olanlara dövlət başçısı İlham Əliyevin reaksiyası və bu istiqamətdəki tapşırıqlar müzakirə edilib. “... Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunub. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir...!” – həyacanla bu ifadələri Prezident söyləmişdi.

Hakimiyyətin 4-cü budağı kimi diqqət çəkən mətbuatda da maraqlı şəxslər tərəfindən islahatlara qarşı meydan açılır. Hesab edirik ki, bu da dözülməzdir. Dövlətin bərabər hüquqlu vətəndaşlarının müəyyən, lap az hissəsi bizə qarşı çıxırlarsa, deməli bizdən deyillər, biz də onlara qarşı olmalıyıq.

“Polisə Dəstək” İctimai Birliyinin idarə heyəti bəyan edir ki, ölkədəki davamlı sabitlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Polisinin 141 ölkə arasında keçirilən tədqiqatın nəticəsinə görə 18-ci yerdə qərar tutması, polis orqanlarına əhali tərəfindən etibarın və inamın artması, mülkiyyətin və şəxsiyyətin toxunulmazlığının konstitusion müdafiəsi dövlətin düşünülmüş və uzun müddətli siyasətin, milli fəaliyyət proqramlarının və strategiyasının təmin olunmasının canlı təzahürü kimi qəbul edilməlidir.

Prezident korrupsiyaya, sui-istifadə və digər qanunazidd, xoşagəlməz hallara qarşı mübarizədə vətəndaş cəmiyyyətinin və ictimai nəzarətin artırılmasına da önəm vermişdir.

“Polisə Dəstək” İctimai Birliyi Prezidentin ifadələrinə yüksək dəyər verərək, vətəndaş cəmiyyətinin fəal iştirakçısı olaraq bəyan edir ki, dövlətin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, bu islahatlara qarşı olanlara qarşı ictimai nəzarəti gücləndirməli, hər cürə qanunazidd hallara qarşı mübarizədə dövlətin müvafiq qurumlarına dəstək verilməlidir. Biz, Prezidentin vurğuladığı kimi islahatlara alternativi olmayan bir yolun yolçusuyuq və bu yolda birgə addımlayacağıq.

 

635x100

Şərhlər

Vətəndaş mövqeyi 2019-10-21 18:16:06

Cəmiyyətimizə faydalı islahatı vətəndaşlar mütləq dəstəkləyir. Ancaq, islahat da mükəmməl və səmərəli olmalıdır(Ucuz ləğv etmə özəlləməsi kimi yox?) Dünyada məmurun illik hesabatına görə dəyişilməsi islahat deyil, daimi qaydadır! Qovulmuş ailələrin doğma mülkə hüququ cinayətkarın deyil, digər əhalinin (büdcə və ərazi)payına təmin edilir? Dünyəvi reytinq də gərəkdir. Ancaq, hər an ona istinad elə həmin aləmə də vətəndaş saymazlığının təzahürü olmurmu?

Son yazılar