Türkiyədə partlayış: İğdır-Naxçıvan yolu bağlandı- VİDEO

Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonunda Hürgaz qazdoldurma məntəqəsində partlayış olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ağır yaralanıb.

Verilən məlumata görə, partlayış bir tankerə qaz yükləyən zaman baş verib. Partlayış nəticəsində yaralananın Ədalət Öztürk adlı şəxs olduğu məlum olub. Yaralı İğdır Dövlət xəstəxanasına yerləşdirirlib. İlkin tibbi yardımdan sonra təcili yardım maşını ilə Van xəstəxanasına gətirilib.

Qaraqoyunlu Bələdiyyə başkanı Ziyat Əli Delikdaş da hadisə yerinə gəlib. O, şəxsən araşdırmaya nəzarət edəcəyini bildirib.

Yanğın əhatə dairəsi genişlənmədən söndürülüb. Hadisə yerinə gələn polis mühafizə tədbirləri görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Partlayışla görə İğdır- Naxçıvan yolu bağlanıb və ərazidə istintaq aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar