ABŞ səfirliyindən Mirşahinə cavab - “Yalan və cəfəngiyatdır"

"Mir Şahinin Vaxtı" proqramında irəli sürülən, ABŞ diplomatlarının 19 oktyabrda Bakıda keçirilmiş etiraz aksiyasının təşkilində hansısa şəkildə iştirak etməsi və xarici diplomatlarla hansısa siyasi partiyanın, müxalifətin üzvü və yaxud onların liderləri və digərləri ilə hansısa ünsiyyətini təkzib edir".

"AzPolitika"nın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini tam dəstəkləyir və bizim Azərbaycanda stabilliyi pozmaqda hansısa şəkildə maraqlı olmağımız barədə istənilən ittihamlar yalan və cəfəngdir".

635x100

Şərhlər

AAgahuseyn 2019-10-21 21:27:03

QXUCUYA.Əyər Siz yazan düzdürsə ALLAH qarşısında mirşahinin yeri qır qazanıdır.

Mövsüm Qaraqaşlı 2019-10-21 21:27:03

Bir sıra vəzifəlilər və sözçülərimiz uzun illər öz xalqına, ərazisinə, vəsaitlərinə məsuliyyətsiz, səriştəsiz və bəlkə də saxta-satqın münasibətlərini, uğursuzluğu heç bir əlamətsaiz xarici ölkə və beynəlxalq qurumların müdaxiləsinə bağlayırlar ki, nəzər-diqqət hərbi işğaldan və onlarla milyardlıq yelə verilən maliyyədən yayınsın. Bu hərbi genosidin mühakiməsini unutdurma və işğalçıya da bəhanələr vermə cəhdləridir.

oxucu 2019-10-21 21:27:03

Internetde melumat var ki, Mir Shahinin oqlu( 1-ci arvadindan doqulmush) artiq 20 ildir ki, Bakida XESTƏXANADA SAXLANILIR ve Mir Shahin HECH BIR VAXT, MARAQLANMIR bu YAZIQ, XESTE, DOQMA, OQLU ile... Mir Shahin, NIYE, VICDAN EZABI CHEKMIRSEN bu XESTE OQLUN QARSHISINDA ??????????????

Son yazılar