Sabirabadda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Sabirabad rayonunda avtomobilin aşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 22:00 radələrində Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Kia" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar