“TÜRKİYƏ YAXIN ŞƏRQİN İSTƏNİLƏN ORDUSUNU BOĞAR” - «Ərdoğan faktiki olaraq, yeni Yaxın Şərq formalaşdırır»

Türkiyə Yaxın Şərq bölgəsi ərazilərində açar oyunçulardan biri olaraq qalır və hadisələrin bütün iştirakçılarını bu dövlətin fikri ilə hesablaşmağa məcbur edir. Bu barədə «Komsomolskaya pravda» qəzetinin hərbi şərhçisi, istefada olan polkovnik Viktor Baranets bəyan edib.

"AzPolitika.info"-nun məlumatına görə, ekspert Ankaranın belə bir mövqeyini şərh edərkən bildirib ki, əgər Suriya ordusu kürd silahlı dəstələrinin müdafiəsinə qalxarsa, bu, Türkiyəyə müharibə elan edilməsi demək olacaq.

«Yaddan çıxarmaq olmaz ki, Türkiyə bölgədə ən güclü orduya malikdir. O, real hərbi əməliyyatlarda Yaxın Şərqin istənilən ordusunu boğub məhv edər. Ərdoğan öz fəaliyyəti ilə ümumiyyətlə, Yaxın Şərqin oktyabrın 9-na qədərki bütün siyasətinin üstündən xətt çəkib. O, faktiki olaraq, yeni Yaxın Şərq formalaşdırır» - deyə, «newinform.com» nəşri ekspertdən sitat gətirir.

Baranetsin sözlərinə görə, Ankaranın PKK-ya qarşı Suriyada başlatdığı «Sülh çeşməsi» əməliyyatı bölgə oyunçularını yeni mövqeyə boyun əyməyə əlüstü məcbur edir.

«O (Türkiyə prezidenti), Suriyaya əməliyyatla girdi və bölgə ölkələri ani olaraq artıq yeni mövqeyi qəbul edirlər – kimlərsə qəti şəkildə razılaşmırlar, kimlərsə Türkiyəni NATO üzvlüyündın çıxarmaqla hədələyir. Amma buna baxmayaraq, biz bu gün daha ciddi geosiyasi məsələlərdən danışa bilərik. Biz, görürük ki, NATO-nun sıraları daha güclü çat verir və Yaxın Şərqin açar oyunçularından biri bu sıradan kənarlaşır» - deyə, Baranets fikirlərinə yekun vurub.

Türkiyə prezidentinin müşaviri Yasin Aktay oktyabrın 19-da bəyan edib ki, əvvəllər Amerika hərbçilərinin nəzarət etdikləri rayonlarda kürd silahlı dəstələrini müdafiə etmək məqsədilə Suriya hökumət ordusunun görünməsi Türkiyəyə müharibə elan etmək demək olacaq.

«Xalq özünümüdafiə dəstələrini dəstəkləyən Amerika ordusu hazırkı halda rayonu tərk edir, ancaq Suriya ordusu bu dəstələrin müdafiəsinə qalxarsa, Türkiyənin mövqeyi dəyişməyəcək – biz, bunu həll edərik. Əgər Suriya rejimi kürd silahlı dəstələrinin müdafiəsi məqsədilə Mənbicə, Ayn əl-Ərəbə, Qamışlıya girmək istəyərsə, bu, Türkiyəyə müharibə elan etmək demək olacaq. Bu halda onları «eyni ölçülü» (adekvat) cavab gözləyir» - Aktay bildirib.

O, həm də qeyd edib ki, əgər Dəməşq zəmanət verərsə ki, bu rayonlarda Türkiyənin təhlükəsizliyinə təhdid təşkil edən terrorçu qruplaşmalar olmayacaq, o zaman Ankaranın mövqeyi dəyişə və situasiyanın tənzimlənməsi variantlarına baxıla bilər.

AzPolitika.info

635x100

Şərhlər

Elli 2019-10-22 09:00:48

halal olsun Türkiyə.

Son yazılar