Vəkil Nemət Kərimliyə xəbərdarlıq elan edilib

Oktyabrın 21-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Penitensiar Xidmətinin müraciətinə baxaraq vəkil Nemət Kərimliyə xəbərdarlıq elan edib.

Bu barədə Turana Vəkillər Kollegiyasından bildirilib. Qərara əsasən məsələni ictimailəşdirdiyi üçün vəkilə xəbərdarlıq elan edilib, lakin intizam icraatına başlanılmayıb.

Sentyabrın 20-də vəkil Nemət Kərimli 16 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus Əfqan Muxtarlı ilə görüşə gedərkən zoraklıqla üzləşdiyini bildirib.

Sentyabrın 24-də isə Penitensiar Xidmət Nemət Kərimlini "bilərəkdən Penitensiar Xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd" və "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə"nin tələblərini pozmaqda" ittiham edərək, onun "barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün" Vəkillər Kollegiyasına müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar