ÇİNİ KİM VƏ NƏ ÜÇÜN BÖYÜDÜB? – Video

Dərc olunub: 22/10/2019 - 14:30

cin parad

Hazırda dünya nizamı İkinci Dünya Müharibəsindən sonra formalaşmış sistem əsasında işləyir və baş verən siyasi-iqtisadi proseslərin hərəkət trayektoriyasınin fundamental bazası həmin dövrə dayanır.

Amma son zamanlar mövcud qaydalara yenidən baxılması və eyni zamanda da onun dəyişdirilməsinə çalışılır. Biz, hələlik bunun yalnız əlamətlərini görürük. Əgər diqqət edərsənizsə, ABŞ ətrafında gedən proseslərdə bu daha yaxından sezilir.

Amerika prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra dünyada cərəyan edən hadisələr və eləcədə, Amerikanın apardığı siyasi xətt əvvəlkilərdən kəskin fərqlənir. Əlbəttə, bunu birbaşa Trampın siyasi baxışları ilə əlaqələndirmək böyük yanlışlıqdır. Çünki hazırda dünyada cövlan edən hadisələrin xarakteri hələ Tramp hakimiyyətə gəlməmişdən öncə də kifayət qədər çalxantılıydı.

Əsas səbəb uzun illərdir ki, işlək halda olan ümumdünya iqtisadi modelinin faydalı iş əmsalının getdikcə aşağı düşməsiylə bağlıdır. Bu isə dünyanın siyasi-iqtisadi nəhəngi ABŞ-a sərf etmir və onlar planlı surətdə yeni mövqelər qurmağa çalışırlar. Ona görə də, ABŞ ilk olaraq dünya fabriki halına gəmiş Çinlə aparılan ticarət münasibətlərinə yeni format verməyə çalışır. Digər yandan isə, qlobal maliyyə sistemi və ona yaxın olan dövlətlər ABŞ-ın planlarını preventiv formada pozmağa girişiblər.

Sizə təqdim etdiyimiz videoda siyasi analitik, “AzPolitika.info”-nun şərhçisi Vaqif Mahmudov yuxarıdakı məsələlər barəsində danışır. Onun fikrinə görə, ABŞ prezidentinin Çinə qarşı həyata keçirmək istədiyi gömrük tarifləri tətbiqi elə məhz ABŞ-dakı qlobal maliyyə komandası tərəfindən əngəllənir. Bundan başqa Çinin iqtisadi cəhətdən son 40 il ərzində necə və hansı qüvvə tərəfindən inkişaf etdirilməsi prosesi təhlil olunur.

Belə hesab edirik ki, oxucular bu videoda onları düşundürən müəyyən tarixi, siyasi və iqtisadi proseslərlə yaxından tanış ola bilərlər.








loading...


Fikrinizi bildirin