Kürdlər Amerika hərbçilərini pomidor və kartofla “yola saldılar” - VİDEO

Suriyanın şimal-şərqində yerləşən və kürdlərin işğalı altında olan Əl-Kamışlı şəhərinin sakinləri, ABŞ hərbi maşınlarının ölkədən çıxan karvanına daş və tərəvəz atıblar.

Virtualaz.org bildirir ki, Amerika əsgərlərinin getməsi ilə bağlı kürd xəbərlər agentliyi ANHA video-yazı yayıb.

Qeyd olunur ki, belə reaksiya ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalından qoşunları çıxarmaq qərarına cavab olaraq göstərilib.

Kadrlardan görünür ki, yerli əhali Amerika hərbi və yük maşınlarının yolunu kəsməyə çalışır, onlara daş, kartof və pomidorlar atırlar.

635x100

Şərhlər

t.ədalət 2019-10-22 08:22:37

Hörmətli sayt rəhbəri,Sizin yazıda kürdlər "yerli əhali" kimi qeyd olunur.Halbu ki həmin yerlər türkmənlərə məxsusdur.Kürdlər müxtəlif təxribatlarla oraya doluşublar.İnşəllah,Böyük Türkiyə Ordusu onları layiq olduqları yerə qovar,əsil yerli sakinlər olan türkmənlər doğma yerlərə dönərlər.

Son yazılar