Rusiyada anti-Putin yürüşləri başladı- "Putin, bəsdir yalan danışdın...”

Moskvada Rusiyanın Ukraynaya təcavüzü əleyhinə Sülh marşı keçirilir. Əsas isə şüar belədir: “Putin, bəsdir, yalan danışdın, müharibə elədin”.

Moskvada bundan əvvəlki sülh yürüşü martın 15-də - Krımın Rusiyaya birləşdirilməsi referendumu ərəfəsində olmuşdu.

Təşkilatçıların fikrincə, son marşdan bəri Rusiya Ukraynaya münasibətdə daha aqressiv olub, eyni vaxtda Rusiyanın beynəlxalq təcridi artıb, bu da ağır iqtisadi nəticələrə gətirir.

Sülh yürüşü Moskva hakimiyyəti ilə razılaşdırılıb. Moskvada yürüşdə ümumilikdə 50 min adamın iştirak edəcəyi gözlənilir.

Eyni yürüş Sankt-Peterburqda da keçirilir, ancaq Novosibirskdə yerli ictimai fəallar marş keçirilməsini hakimiyyətlə razılaşdıra bilmədi.

Müharibə əleyhinə yürüşlər Yekaterinburqda, Berlində, Vyanada, Parisdə, Kiyevdə, Burqasda və Vaşinqtonda keçiriləcək. Bu aksiyalar 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunub.

2001-ci ildə BMT 21 sentyabrı zorakılıqdan imtina və bütün dünyada atəşin dayandırılması günü elan etdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar