"Qalatasaray" "Real"a qarşı - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında III tura start veriləcək.

APA-nın məlumatına görə, A, B, C və D qruplarında I dövrənin son matçları keçiriləcək.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edəcək. Bu matç hesabında hələ qələbə olmayan rəqiblərin hər ikisi üçün çox vacibdir. Qrupun lideri PSJ isə “Brügge”nin qonağı olacaq.

B qrupunun lideri “Bavariya” “Olimpiakos”la üz-üzə gələcək. Bu qrupun digər oyununda “Tottenhem” “Srvena Zvezda” ilə qarşılaşacaq.

“Mançester Siti” lideri olduğu C qrupunun autsayderi “Atalanta”nı sınağa çəkəcək. İkinci yerin şərikləri “Şaxtyor”la “Dinamo” öz aralarında münasibətlərini aydınlaşdıracaq.

D qrupunda “Yuventus”la “Atletiko” ev oyunlarına çıxacaq. Onlar müvafiq olaraq “Lokomotiv” və “Bayer”lə görüşəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

22 oktyabr

A qrupu

23:00. “Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya)

23:00. “Brügge” (Belçika) – PSJ (Fransa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar