Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Oktyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,21% – 26 827,64 bəndədək, S&P 500 0,69% – 3 006,72 bəndədək, Nasdaq isə 0,91% – 8 162,99 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 21-də FTSE 100 indeksi 0,18% – 7 163,64 bəndədək, Almaniya DAX-ı 0,91% – 12 747,96 bəndədək, Fransa CAC-40 isə 0,21% – 5 648,35 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,49% azalaraq 1 490,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,15% artaraq 1,115 dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar